Zahid Oruc mətbuat qarşısına çıxdı

Bu gün deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda ilk konfransını keçirir.Gununsesi.org xəbər verir ki, əvvəlcə mərkəzin rəhbəri Z. Oruc qonaqları salamlayıb.

Daha sonra konfransda çıxış edən Prezident Administrasiyasını Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, sosial tədqiqatlar mərkəzinin yaradılması Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsidir: “Sosial tədqiqatlar ictimai-siyasi prosesləri müsbət şəkildə öyrənməyə, dəyərləndirməyə və həll yollarını tapmağa çalışır. Sosial tədqiqatlar yalnız ictimai rəyin öyrənilməsini deyil, həm də cəmiyyəti narahat edən məsələləri öyrənməyə və həlli ilə bağlı təkliflər verməyə çalışmalıdır. Həmçinin bu mərkəz yalnız passiv mövqedən çıxış etməklə cəmiyyətin rəyini öyrənməklə kifayətlənməməlidir. Dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işi də aparmalıdır. Dövlət vətəndaşının yanında olduğu qədər vətəndaş da dövlətinin yanında olmalıdır”.

Gununsesi.org