Zahid Oruc: “Neft gəlirləri azaldı, hökumətimiz başladı xəsisləşməyə”

  • By admin
  • 17 Mart 2017 17:08
zahid

Deputat Zahid Oruc hökuməti xəsislikdə ittiham edib.

Gununsesi.info-nun xəbərinə görə, belə ki, millət vəkili parlamentdə hökumətin növbəti hesabatı zamanı bildirib ki, hökumət vaxtı ilə neftdən büdcəyə böyük gəlirlər daxil olarkən, kifayət qədər “səxavətli” olub.

“Neçə ki neft pulları gəlirdi, hökumətimiz “səxavətli” idi,  amma neçə ki neft gəlirləri azaldı, o zaman  hökumətimiz başladı xəsisləşməyə. Milyardlar talananda biz onları “görməmişik”, bu, bir yana, amma dövlət zəmanəti ilə verilən kreditlərin də talanmasını görməmişik?…Sabah hansısa vəzifəli şəxsi işdən çıxarırlar, onun “yükü”nü , sağa-sola səpələdiyi kreditlərin altını isə dövlət çəkir, çəkməli olur…Olmazmı ki,  bunu elə indidən görək, şəffaflıq tələb və təmin edək?”-deyə, Z. Oruc sonra sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info