Zahid Orucdan Ombudsmanın hesabatına REAKSİYA

  • By admin
  • 02 Aprel 2021 12:26

“Suriyaya gedən şəxslərlə bağlı görülən işlər haqqında məruzədə əksini tapan məlumatlara ümidvarıq millət vəkilləri də qiymət verəcəklər”.

Gununsesi.info xəbər verir ki,bunu Zahid Oruc parlamentdə Ombudsmanın hesabatının müzakirəsi zamanı bildirib:

Deputat qeyd edib ki, pandemiyadan qabaq Azərbaycan cəmiyyətində aparılmış bir tədqiqatın nəticəsinə görə, cihad adıyla Suriya və İraqa gedənlərə haqq qazandıranlar arasında gənclər üstünlük təşkil edir:

“Hər 100 gəncdən (18-29 yaş) 30-u dindarların siyasi partiyalarda birləşməsini məqbul hesab edir. Bu rəqəmlərdən çıxış edərək məruzədə Suriyada münaqişənin girovuna çevrilən vətəndaşların ölkəmizə qaytarılması ilə əlaqədar çağırışa ehtiyatlı yanaşma, hərətərəfli araşdırılma ilə qərar verilməsini zəruri hesab edirik”.

Gununsesi.info