Zahid Orucdan Siyavuş Novruzova sərt reaksiya:"BU PARLAMENTDƏ DÖVLƏTƏ HƏR HANSI TƏHLÜKƏ YOXDUR"

Zahid Orucdan Siyavuş Novruzova sərt reaksiya:

Seçki Məcəlləsinə dəyişikliklə bağlı Siyavuş Novruzov çıxışı zamanı bəzi şəxslərin vaxtından əvvəl prezident seçkiləri keçirilməsi ilə bağlı  səsləndirdiyi fikirləri kəskin tənqid atəşinə tutub.

Gununsesi.info xəbər verir ki, deputat Zahid Oruc isə S.Novruzovun bu fikrinə sərt reaksiya verib.

O, deyib ki, hər kəsin bu dövlət qarşısında xidməti göz qarşısındadır: “Bir çoxları bura göstərdiyi xidmətə görə gəlib. Onlar təsadüfdən gəlməyiblər. Odur ki, bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur. Hər hansı təkliflərə reaksiya verilərkən çox tünd boyalardan istifadə olunmasını düzgün saymıram”.

Deputatın mandatdan məhrum edilməsi ilə bağlı formalaşdırılacaq İntizam Komissiyasınına toxunan Z.Oruc deyib ki, burada ixtisaslaşmış şəxslərdən söhbət gedir: “İntizam Komissiyası harda ixtisaslaşırlar?” Z.Oruc dedi ki, hətta Rusiyanın özündə mandatdan etik davranışa görə məhrum etmə nümunəsi yoxdur.

Spiker Oqtay Əsədov isə “birincisi, sən referendumda iştirak etmisən? Səs vermisən? Cəmiyyət də səs verib, bunu istəyib, biz də bununla bağlı qərar qəbul edirik. Hələ müəyyən düzəlişlərdən sonra bu sənəddən də narazılıq varsa, mənim sözüm yoxdur”-deyə, Z.Oruca reaksiya verdi.

Mürtəza

Gununsesi.info

COMMENTS