Zakir Fərəcov bu şəxsə VƏZİFƏ VERDİ

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Nəqliyyat” MMC-nin baş direktoru Rauf Hüseynov işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əmr imzalayıb.

HTML tutorial

Digər əmrlə Fikrət Orucov “Sumqayıt Nəqliyyat”ın yeni baş direktoru təyin olunub.

Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.

Gununsesi.info