Zakir Fərəcov fəhlələrin pulunu vermir

  • By admin
  • 06 Oktyabr 2016 16:54

sumqayit

Bu gün 70 nəfər fəhlə Sumqayıt İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçilirib.

Gununsesi.info azadlıq.info-ya istinadən xəbər verir ki, etiraz edənlər Sumqayıtda yeni bulvarın tikintisində işləyən fəhlələrdi. Onlar 6 aydır maaş almadıqlarını və etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Məlumat verən şəxs bildirir ki, bulvar istifadəyə verilsə də fəhlələrin maaşı hələ də verilmir. İcra hakimiyyətindən fəhlələrə bildirilib ki, bir neçə gün ərzində maaşlarınız veriləcək.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin açılışında iştirak edib.

Gununsesi.info