Zakir Fərəcov xanım müavinini cəzalandırdı - ONU QƏSƏBƏ İCRA NÜMAYƏNDƏSİ TƏYİN ETDİ

  • By admin
  • 08 Yanvar 2018 13:12

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimovun tutduğu vəzifədən azad olunması ilə bağlı xəbər rəsmən təsdiqlənib.

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, sayt məlumatı dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən əməkdaşımıza bildirilib ki, I müavin Faiq Kərimov istefa ərizəsi yazaraq, icra başçısı Zakir Fərəcova təqdim edib. İcra başçısı isə bu gün Faiq Kərimovun işdən azad edilməsi barədə qərar qəbul edib.

İcra Hakimiyyətindən onu da bildiriblər ki, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva da tutduğu vəzifədən azad olunaraq, İcra Hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi təyin edilib.

Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətində iki müavin postu boş qalıb.
Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində I müavin Faiq Kərimovun işdən çıxarıldığı barədə ilk xəbəri mia.az yaymışdı.

Gununsesi.info