Zakir Həsənov Ərdoğanla görüşüb

  • By admin
  • 29 Mart 2018 14:36

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.

Qeyd edək ki, Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Gununsesi.info