Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.
“Nəcməddin Sadıqovun sürücüsü ilə quda olduqdan sonra ildırım sürətilə general-mayor rütbəsinə yüksəlmiş Qədir Nəsibov Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir.
Təhlükəsizlik məsələləri üzrə Ərəstun Oruclu isə bunu biyabırcı hal adlanıraraq deyib:“Müdafiə Nazirliyində “islahatlar” davam edir..
Gununsesi.info