Zakir Həsənov generalın qardaşını idarə rəisi TƏYİN ETDİ

Müdafiə Nazirliyində yeni təyinat olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

HTML tutorial

Əmrə əsasən, polkovnik Elnur Kazımov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Kazımov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Rasim Kazımovun qardaşıdır.

Xatırladaq ki, sözügedən idarənin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov bir müddət öncə vəzifəsindən azad edilib.

Gununsesi.info