Zakir Həsənov şəxsi heyətinin döyüş hazırlığını yoxladı - FOTOLAR

  • By admin
  • 18 İyul 2017 18:10

7a3f55225bb24d6c317349d0d375aeaa

İyulun 18-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.

MN-dən Gununsesi.info-ya verilən məlumata görə, kompleksdə şəxsi heyətlə döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzrə təlim-məşqləri keçirilir.

Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib.

Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vasitələrinin hazırlığı ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.

23fcaafc0198ddabd99432320e49d11a 7ed515e3d6eb10a190382db9f05b1204 32a26723b9c87120d1db9a7b4774f364 2515c8dd0402f14cdd61c28a2e725712 940217b2cc040466deda4b6f73e9efae f7d3926629c3a88852df3659bc9ef235

Gununsesi.info