Zakir Həsənov Moskvada – Foto

  • By admin
  • 26 May 2017 21:52

mdb-nazir

 

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Gununsesi.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər.

Sonra müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

 

Gununsesi.info