
Avqustun 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları – 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.
Gununsesi.info