Cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.
Müdafiə Nazirliliyindən Gununsesi.info-ya bildirilib ki, müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub.
Gununsesi.info