Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, qonaq fəxri qarovulun önündən keçdikdən sonra protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
Görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.
Anar
Gununsesi.info