Zakir Həsənov polkovniki vəzifədən kənarlaşdırdı

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib.

Gununsesi.info Reporta-a istinadən xəbər verir ki, MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.

HTML tutorial

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.

Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi.

Gununsesi.info