Zakir Həsənov sabah Rusiyaya gedəcək

  • By admin
  • 03 İyun 2019 20:07

İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün iyunun 4-də Anapa şəhərinə yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.