Zakir Həsənov Şoyqu ilə danışdı

  • By admin
  • 25 Mart 2022 16:51

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Bu barədə Gununsesi.info-ya  Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Gununsesi.info