Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.
Məlumata görə, tərəflər sülhməramlı əməliyyatın gedişi və həyata keçirildiyi ərazidə humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Gununsesi.info