Zakir Həsənov Türkiyənin “Baykar Makina” şirkətində olub - FOTOLAR

  • By admin
  • 31 Mart 2018 11:18
Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Z.Həsənov müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.
Gununsesi.info