Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Giresun şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Z. Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Müdafiə nazirlərinin görüşü martın 31-də keçiriləcək.
Gununsesi.info