Zakir Həsənov Varşavaya yola düşüb

  • By admin
  • 04 Sentyabr 2017 17:28

zakir-hesenov

Sentyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşanın milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb. 

Gununsesi.info-ya Müdafiə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.

Gununsesi.info