Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü

  • By admin
  • 17 May 2017 15:42

32be69af2b76b71607a3b8c9bcc9174b

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katori ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycanla Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Anar

Gununsesi.info