Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında- FOTOLAR

Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, idarəetmə məntəqəsi haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb.

Real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Sonra  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə hazırlanmış müxtəlif döyüş vasitələri və texniki avadanlıqların nümunələri Müdafiə nazirinə təqdim olunub, onların döyüş imkanları nümayiş etdirilib.

Gununsesi.info

COMMENTS