Zakir Həsənov zirehli döyüş avtomobillərinin təmiri mərkəzinin açılışında - FOTOLAR

  • By admin
  • 08 Avqust 2017 11:54

ca116be91da7ec87cc50c2dbe50ce1d1

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin inkişaf etdirilməsi məqsədilə görülən fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya averilən məlumata görə, nazirliyin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib.

Məruzə olunub ki, mərkəzdə Silahlı Qüvvələrin silahlanmasında olan döyüş texnikasının zirehli korpusu, avtomobil üzərindəki avadanlıq və silah sistemlərinə texniki qulluq göstəriləcək.

Mərkəzdə mütəxəssislər tərəfindən sürücülər, tuşlayıcılar, operatorlar və digər ixtisaslar üzrə şəxsi heyətin hazırlanması üçün bütün şərait yaradılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzdəki silah anbarı, laboratoriya, digər xidməti və inzibati otaqlarla tanış olub.

Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı brifinq təqdim olunduqdan sonra Müdafiə naziri onun fəaliyyətinin və imkanlarının artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

885544374fcac5a3d74b985a8ba89e45 4742f0be9b28ed06058a90617611288e 21b8ce63b4beb5a712e7357fd610ac93 d0da66c4b8dabfcd2fdd4812182a4c50 c9e5732307d4371cf451dcc07a322b19

Gununsesi.info