Zakir Həsənov Dağlıq Qarabağda yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

  • By admin
  • 12 Noyabr 2020 19:11

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə  Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

 

 

Gununsesi.info