Zakir Həsənov Pakistanın Quru Qoşunlarının komandanı ilə görüşdü

  • By admin
  • 23 Mart 2022 12:38

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.

Bu barədə Publika.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, o cümlədən hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafından danışılıb.

Həmçinin Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Gununsesi.info