
Prokurorluq orqanlarının sabiq əməkdaşı Tofiq Ağacanov keçmiş baş prokuror Zakir Qaralovu məhkəməyə verib.
Zakir Qaralovu konkret cinayət əməli törətməkdə ittiham edən Tofiq Ağacanov məsələ ilə bağlı Gununsesi.org-a da müraciət edib.
Tofiq Ağacanov yazır:
Qaralovun törətdiyi konkret cinayəti, yəni CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan külli miqdarda dövlət əmlakının mənimsənilməsi kimi cinayət əməlindəndir:
Belə ki, Qaralov 2000-ci ildə Baş Prokuror vəzifəsinə təyin olunandan dərhal sonra birinci əmri (01.07.2000-ci il tarixdə) mənim barəmdə veribdir. Həmin vaxtı mən Bakı şəhəri Sabunçu rayon prokurorunun müavini vəzifəsində olarkən, o əvvəla mənə öz ərizəmlə prokurorluqdan getməyimi təklif etdi. Sonra mənə Naxcıvan MR-nın Ordubad, Şahbuz və Lerik rayonunda müstəntiq vəzifəsini təklif etdi ki, ərizəmlə özün könüllü gedim. Fikir verin rayon prokurorun müavini (özü də Bakı şəhərində) və müstəntiq vəzifəsi (özü də ucqar rayonlar).
Mən razılıq vermədiyim üçün məni əsassız olaraq 6 dəfə yoxlatdırdı. 6 dəfə ona görə yoxlatdırdi ki, hər dəfə yoxlayan zaman heç bir ciddi nöqsan tapa bilməmişdilər. Yoxlayıcıların arayışları və rayon prokurorun rəsmi hesabatı məndə vardı.
Nəticədə Qaralov özündən uydurma (yəni arayışlara və hesabata zidd olan) “aşağı vəzifəyə kecməm haqqında” saxta əmr verdi. Həmin əmrdə göstərdiyi nöqsanları təkzib edən sübut və dəlilləri göstərməklə, Qaralovun özünə ərizə yazdım ki, ay bədbəxt əmrin saxtadır. Lakın o, buna diqqər yetirmədi.
Bundan sonra, Qaralov “Prokurorluq qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələblərini ciddi pozaraq 8 ay (yəni 3 aydan artıq) müddətində məni sərancamda saxladı. Sərancamda olduğum müddətdə mənə əmək haqqı vermədi. Halbu ki, Həmin Qanunun 21.5-ci maddəsinin tələblərinə əsasən sərancamda olan vaxtı əmək haqqı və bütün müavinətləri işciyə verilmədilir.

Maraqlısı odur ki, əmək haqqımdan əlavə, Sərancamda olduğum 01.07.2000-ci ildən 14.02.2001-ci il tarixədək Qaralov güya mənə “mükafat” verdiyini qeyd edərək, 90.000.000 manat məbləğində dövlətdən pul mənimsəyibdir. Yəni, 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000.000 manat və dekabr aylarında 450000.000 manat, cəmi 90.000.000 manat məbləğində pul mükafatları verilmişdir. Ümumlikdə, məndən 8 ay əmək haqqı olan 2.541.100 manat və 90.000.000 “mükafat” dəyəri hesablanaraq, 92.541.100 manat məbləğində vəsait Qaralov tərəfindən mənimsənilmişdir.
Bu fakt onun mənə rəsmi qaydada təqdim etdiyi rəsmi mühasibət sənədindən (əmək haqqı cədvəlindən) görünür. Həmin cədvəlin görüntüsünü göndərirəm.
Acınacaqlı hall odur ki, Qaralov məndən başqa həmin vaxtı sərancamda olan yüzlərlə digər prokurorluq əməkdaşlarının da, əmək haqqının mənimsəyibdir.
Fikir verin, ümumillikdə bu rəqəm hansı həcmdə təşkil edir. Həmin şəxslər tərəfimdən müəyyən edilib və onların siyahisi tərtib olunubdur.( Həmin şəxslərdən bir necəsini qeyd edirəm: 1) Sumqayıt şəhər sabiq prokuroru Dağlar Zeynalov 10 il müddətində sərancamda olub.
Baş Prokurorluğun əməkdaşları- Nazim Ağamirzəyev 5 il müddətində, Namiq Həsənov 1 il, İsmayıl Səlimov- 1 il, Əmrulla Şirvanov, Tahir Rəcəbli və s.r- 100 nəfərdən artıqdır).

Gununsesi.org