“Zaman-Azərbaycan” qəzetinin saytı bağlanıb

  • By admin
  • 20 İyul 2016 14:16

 zaman

Azərbaycandakı “Zaman-Azərbaycan” qəzetinin saytı (zaman.az) bağlanıb.

Gununsesi.info-nun xəbərinə görə, sayta giriş qapadılıb.

Xatırladaq ki, zaman.az saytının ABŞ-da yaşayan Fətullah Gülənə bağlı olduğu deyilir. Saytda iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı Fətullahçı Terror Təşkiatının (FETO) təbliğatına geniş yer verilir və prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə yazılar yer alırdı.

 

Gununsesi.info