Zambiyada mədən çöküb, 30-dan çox insan dağıntılar altında qalıb

  • By ilhame
  • 01 Dekabr 2023 20:52

Zambiyanın mərkəzindəki Kopperbelt əyalətində mis mədəninin çökməsi nəticəsində azı 30 nəfər dağıntılar altında qalıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Frans Press” agentliyi (AFP) ölkənin daxili işlər naziri Cek Mviimbaya istinadən məlumat yayıb.

 

DİN rəhbərinin sözlərinə görə, söhbət qanunsuz neft hasilatı ilə məşhur olan regiondan gedir.

 

Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.

 

Zambiyanın Mədən və Mineral Ehtiyatlar Nazirliyi Çinqola şəhəri yaxınlığındakı insidentin araşdırılmasının zəruriliyini əsas gətirərək AFP-nin hadisəni şərh etmək istəyini geri çevirib.

 

AFP-nin məlumatına görə, Çinqola regionunda dünyanın ən böyük açıq tipli mis mədənlərindən biri yerləşir.

Gununsesi.info