
Müğənni Zamiq Hüseynov özünə yeni musiqi studiyası açıb.
Gununsesi.info-nun məlumatına görə ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib. Müğənni olaraq studiya cəhətdən əziyyət çəkdiyini bildirən Zamiq sevərlərinə şərh verib:
“Uşaqlıqdan həmişə arzulamışam ki, özümün studiyam olsun. Çünki bilirsiniz ki, biz müğənnilərin təbi həmişə gəlmir. Bu gecə 2-də də ola bilər amma elə gec saatda srudiya tapmaq mümükün deyil. Buna görə də studiyamın olmasını çox istəmişəm. Nəhayət bu arzum reallaşdı”.
Gununsesi.info