Zaporojye atom stansiyası elektrik şəbəkəsindən ayrıldı

  • By admin
  • 25 Avqust 2022 20:29

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası (AES) tarixdə ilk dəfə olaraq elektrik şəbəkəsindən ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” dövlət nüvə elektrik şirkəti məlumat yayıb.

Açıqlamada nüvə obyekti yaxınlığında baş verən yanğınların elektrik stansiyasını Ukraynanın elektrik şəbəkəsinə birləşdirən xətləri zədələdiyi bildirilib.

Qeyd olunub ki, elektrik stansiyası tarixdə ilk dəfə xətlərin zədələnməsi səbəbindən elektrik şəbəkəsindən ayrılıb.

Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. 6 nüvə reaktoru olan və 5700 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

Gununsesi.info