Zaporojye yenə raket atəşinə tutuldu: 17 ölü

  • By admin
  • 09 Oktyabr 2022 09:03

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərini növbəti dəfə raket atəşinə tutub.

Bu barədə Gununsesi.info Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtevə istinadla xəbər verir.

Hücum nəticəsində şəhərin yaşayış sektorunun özəl binalarına və küçələrinə ziyan dəyib.

“İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın insan xəsarət alıb. Hazırda 17 nəfərin öldüyü məlumdur”, – Kurtev deyib.

O, yerli sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.

Xatırladaq ki, ruslar gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar. İkinci dəfə 10-a yaxın raket qeydə alınıb.

İlk atəş nəticəsində şəhərin infrastrukturuna ziyan dəyib.

Gununsesi.info