Oktyabrın 14-də rus ordusu yenidən Zaporojyeyə raket zərbələri endirib.
Bu barədə Gununsesi.info Zaporojjya vilayətinin rəhbəri Aleksandr Staruxa istinadla xəbər verir .
O bildirib ki, şəhərdə partlayış səsləri eşidilib.
Sakinlərdən hava hücumu xəbərdarlığı zamanı sığınacaqlarda qalmaları xahiş olunur.
“Düşmən rayon mərkəzini üç “S300″ raketi ilə vurub. Hücuma məruz qalan infrastruktur obyektləri dağılıb. Hadisə yerində yanğınlar baş verib”, – Staruxa deyib.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
Starux xəbərdarlıq edib ki, bu gün raket hücumları gözlənilir.
- Gununsesi.info