Zaqatala rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur

  • By admin
  • 15 Sentyabr 2016 17:29

tutun
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
İqtisadiyyat Nazirliyindən Gununsesi.info-yaverilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Zaqatala rayonunda keçirilib. İşgüzar forumda 150-dən çox sahibkar iştirak edib.
İşgüzar forumda SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində sahibkarlara 101 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 97,7 mln. manat güzəştli kredit verilib.
Dövlət başçısının tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına xüsusi diqqət yetirilir, dövlət maliyə dəstəyi daha da gücləndirilir. Ümumilikdə, indiyədək tütünçülüyün inkişafı ilə bağlı 50-yə yaxın sahibkara 1,7 mln. manat, o cümlədən 2016-cı ilin ötən dövrü ərzində 30 fermerə 220 min manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Zaqatala və ətraf rayonlardan olan 53 sahibkara 472 min manat güzəştli kredit verilib.Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tütünçülük, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılmış tütünçülük və bağçılıq təsərrüfatlarına baxış keçirilib.

Gununsesi.info

HTML tutorial