
Zaqatalada 32 yaşlı kişi göbələkdən zəhərlənib. Zaqatala Rayon Mərkəzi xəstəxanasından (RMX) Gununsesi.info-ya verilən məlumata görə, bu gün axşam saat 21:30 radələrində rayonun Fındıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Asif Bəşir oğlu Əliyev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 32 yaşlı Asif Əliyev yaşadığı ünvanda axşam saatlarında göbələk yeyib. Göbələk yedikdən bir qədər sonra Asif Əliyevdə zəhərlənmə əlamətləri büruzə verib.
Gununsesi.info