Zaqatala və Salyan sakinlərinin həyətində çətənə kolu aşkar edilib

  • By admin
  • 02 İyun 2017 12:19

cetenek

Zaqatala rayonunun Yuxarı Tala kənd sakininin yaşadığı evə baxış zamanı 60 qr marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Adil Ömərovun yaşadığı evə baxış zamanı 60 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ulacalı kəndinin meşə zolağında kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Əliyev tərəfindən kultivasiya yolu ilə yetişdirildiyi müəyyən olunan 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Qeyd edək ki, hazırda Z.Əliyev şübhəli şəxs qismində tutulub.

Anar

Gununsesi.info