“Zaqatala” yenə məğlub oldu

  • By admin
  • 08 Noyabr 2017 19:30

Azərbaycan I Divizionunda VII turun oyunları başa çatıb.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, lider “Qaradağ Lökbatan” öz meydanında “Xəzər”ə 2:0 hesabı ilə qalib gəlib.

Lökbatan təmsilçisi 19 xalla ən yaxın izləyici MOİK-dən 5 xal öndədir.

“Şüvəlan” isə bu mövsüm xal üzünə həsrət qalan “Zaqatala”nı səfərdə 0-1 hesabı ilə məğlub edib.

“Qaradağ Lökbatan” – “Xəzər” 2-0

Qollar: Emin Mustafayev, 46; Sabir Allahquliyev, 51

“Zaqatala” – “Şüvəlan” 0-1

Qol: Nuqzar Kvirtiya, 23

Gununsesi.info