Zaqatalada ər arvadını qətlə yetirdi -YENİLƏNDİ

  • By admin
  • 17 Mart 2023 10:55

Zaqatalada baş verən qətlin bəzi məqamları bilinib.

Gununsesi.info xəbər verir ki, Firəngiz Yusifova və Məhəmməd Didiyev boşanma ərəfəsində olublar. Qadın uşağı ilə atası evinə gedib.

Bu gün kişi səhər saatlarında həyat yoldaşının yanına gəlib, boşanmaq istəmədiyini bildirib. Tərəflər arasında münaqişə olub.

Məhəmməd Didiyev ov tüfəngi ilə qadını qətlə yetirib.

Onların ikinci sinifdə təhsil alan oğlanları var.

10:37

Zaqatalada arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.

Zaqatala Rayon Prokurorluğundan verilən xəbərə görə, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

10:06

Zaqatala rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə saat 9 radələrində Zaqatala şəhəri, Dədə Qorqud meydanında baş verib.

Firəngiz Yusifova ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev saxlanılıb.

Gununsesi.info