Zaqatalada ev yanıb

  • By ilhame
  • 02 Fevral 2024 19:20

Zaqatalada yanğın hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Cımcımax kəndində bir evdə olub.

 

Belə ki, kənd sakini 1995-ci il təvəlldlü Əliyev Mətləb Nəriman oğluna məxsus yaşayış evi yanıb.

 

Yanğın yerinə Zaqatala YMH-nin texnikaları cəlb olunub.

 

Hadisə zamanı ümumi sahəsi 200 kv/m olan evin 170 k/m sahəsi tamamilə yanıb.

 

Yanğında xəsarət alan olmayıb.

Gununsesi.info