
Zaqatalada fərdi yaşayış evində yanğın olub.
Gununsesi.info xəbər verir ki, dünən rayonun Car kəndində, kənd sakini Abubəkir Ömərova məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evində yanğın olub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı evin dam örtüyü yanaraq yararsız hala düşüb, yanğının ikinci və birinci mərtəbədə olan otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Gununsesi.info









