Zaqatalada fındığın alışı inhisarda olduğu üçün qiymətlər endirilib - Arif Hacılı Zaqataladan yazdı

  • By admin
  • 21 Noyabr 2022 09:25

“Zaqataladayam. 

Yeni, böyük fındıq zavodu tikildikdən sonra sahə monopoliyaya götürülüb”. 

Gununsesi.info xəbər verir ki, bunu əslən Zaqataladan olan Müsavat başqanı  Arif Hacılı sosial şəbəkə hesabında yazıb.

Partiya sədri bildirir ki, monopoliya səbəbindən fındığın alış qiyməti ucuzlaşıb:

“Əvvəllər əhali əksər problemlərini fındıq, meyvə mövsümündə həll edirdisə indi bu imkan da əllərindən alınıb. Fındığın 1 kiloqramının qiyməti 1.50, 1.70 qəpiyə endirilib.

Əhali acınacaqlı vəziyyətdədir. Fındığın qiyməti yox, meyvələr ağaclarda cürüyür.

Yerli hakimiyyət strukturları isə bütün gəlirli sahələrin üzərinə əl qoyan mərkəzi hakimiyyətin himayəsi altında obyektaltı əraziləri qarış-qarış satmaq, regionların inkişafı üçün ayrılan vəsaitləri bölüşdürüb mənisəməklə məşğuldur.

Belə görünür ki, ölkə üzrə monopoliyaya alınmadan xalqın ixtiyarına buraxılan yalnız bir sahə var. Vətəni qorumaq, Vətən yolunda ya şəhid, ya qazi olmaq…”

Günay Təhməzova

Gununsesi.info