Zaqatalada körpələr evi yandı -FOTO

  • By admin
  • 06 Yanvar 2022 11:48

Zaqatalada körpələr evi yanıb.

Gununsesi.info-nun məlumatına görə, yanğın səhər saatlarında rayonun Bəhmədli kəndində yerləşən körpələr evində baş verib. Hadisə zamanı ümumi sahəsi 200 kv/m olan binanın yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanıb.

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanan körpələr evindən 80-ə yaxın uşaq istifadə edirdi.

Gununsesi.info