Zaqatalada oğul balta ilə atasını öldürdü - EKSKLÜZİV (FOTOLAR)

  • By admin
  • 24 İyun 2016 15:15

QETL. KILLING IN ZAGATALA

 

HTML tutorial

Zaqatalada qətl hadisəsi törədilib. Gununsesi.info xəbər verir ki, hadisə Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib. Rayonun Əliabad qəsəbə sakini, 78 yaşlı Kərim İmranovla birgə yaşadığı oğlu, 51 yaşlı Zamir İmranov arasında mübahisə yaranıb. Bu zaman oğul atasını balta ilə vururaq öldürüb.

Ailə üzvləri qeyd edirlər ki, bir neçə dəfə kənd nümayəndəliyinə və hüquq-mühafizə orqanlarına müraciət etsələr də, bir tədbir görülməyib. Onlar söyləyir ki, atanın qorxusundan heç bir qardaş həmin evə gəlmirdi. Bir dəfə də ata qızıın üzərinə tüfənglə hücum edib. Həbs edilən ata 6 aydan sonra azadlığa buraxılıb və eyni əməllərini törətməkdə davam edib. Özünü çətinliklə idarə edən oğlunu isə həyətdə olan şəraitsiz otağa qovub.

Hadisədən sonra Zamir İmranov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Gununsesi.info

 

1eab583f-4397-44fd-a52f-54011dc92da2

 

0f3589b3-0e6d-4b73-aec3-b16dd8e2a5b1

 

2a256a84-d191-4970-8097-949879f76af5

 

8ebac426-6c44-4919-b98a-b08261ecadbb

 

6e53b822-2038-4b46-8bed-087362c735cd