Zaqatalada polis əməliyyat keçirdi, silahlı şəxs yaxalandı

  • By admin
  • 06 Oktyabr 2019 16:35

Zaqatalada polis əməliyyat keçirib.

Gununsesi.org-un məlumatına görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Qaracayev Samir Nəbiyulla oğlu Zaqatala rayon ərazisində saxlanılıb. Onun üzərindən bir ədəd barabanlı, nömrəsiz tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

 

 

 

Gununsesi.org