Zaqatalada qaydaları pozan obyekt sahibləri cərimələnib

  • By admin
  • 12 Sentyabr 2021 11:47

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri monitorinqlər zamanı bəzi obyekt sahibləri və icarədarlar tərəfindən qaydalara laqeyd yanaşıldığı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən “Körpü” kafesində gələn müştərilərə xidmət edən işçilərin bir neçəsinin, eləcə də Əliabad qəsəbəsindəki kafelərin birində müştərilərin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin obyekt sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Gununsesi.info