Zaqatalada baş verən qəzada xəsarət alan şəxslərin kimlikləri məlum olub.
Gununsesi.info xəbər verir ki, qəza zamanı ümumilikdə Muxax kənd sakini olan 9 nəfər xəsarət alıb.
Qəzada xəsarət alanlar 63 yaşlı Reyhanat Murtuzova, 54 yaşlı Yeganə Yalıyeva, 59 yaşlı Nizaməddin Əliyev, 41 yaşlı Əli Abakarov, 55 yaşlı Təranə Bubuşova, 41 yaşlı Fərqanə Hudulova, 56 yaşlı Musa Əliyev, 55 yaşlı Əhməd Hudulov və 70 yaşlı Şaban Nuruyevdir.













