Zaqatalada yol qəzası baş verib, xəsarət alan var 

  • By admin
  • 10 Mart 2017 21:02

avtoqeza

 

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 110-cu kilometrliyində, rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Balakən rayonu, Qaravəli kənd sakini, 1983-cü il təvəllüdlü Xanlar Cəbrayıl oğlu Abdurəhmanovun idarə etdiyi 57-BL-329 dövlət nömrə nişanlı “VAZ-21011″ markalı avtomobil Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən və yolu dönmək istəyən Zaqatala rayonu, Yengiyan kənd sakini, 1986-cı il təvəllüdlü İlham Əhməd oğlu Hüseynovun sürücüsü olduğu 62-BE-961 dövlət nömrə nişanlı “VAZ-2106″ markalı avtomobili vurub.
Nəticədə “VAZ-2106″ yolun kənarına düşüb, sürücüsü xəsarət almayıb. Lakin “VAZ-21011″də olan sürücünün qardaşı, 1991-ci il təvəllüdlü Manaf Abdurəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan”Report”un Şimal-qərb bürosuna verilən məlumata görə, yaralının vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info