
Nyu-York sakini Kayli Fisel “ZARA” brendini məhkəməyə verib.
Gununsesi.info New York Daily News-ə istinadən xəbər verir ki, hadisə Konnektikut ştatının Qrinviç şəhərində baş verib.
Belə ki, qadın aldığı paltarın astarından ölü siçovul tapıb:
“Mən paltarı avqust ayında almışam. Geyinməyə başlayanda bədənim qaşınmağa başladı. Çox pis qoxu gəlirdi. Mən də daha onu geyinmədim. Sonra paltarın olduğu şkafdan da pis qoxu gəldi. Mən paltarı yoxladım, gördüm ki, astarın tikilmiş hissəsində ölü siçovul var- mən şokdaydım. ”
“ZARA”-nın ABŞ-dakı rəsmi nümayəndəsi hadisədən xəbərdar olduğunu və faktla bağlı araşdırılma aparıldığını bəyan edib.
Guununsesi.info