SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun Zarağan kəndində təşkil olunub.
Gununsesi.info xəbər verir ki həftənin sonuncu aksiyasında 10-dan çox sakin iştirak edib ki, bunlardan 8-i mikrofon önündə müraciətlərini ünvanlayıblar.
Sakinlərdən 7 nəfəri eyni istəklə çıxış ediblər. Onlar kəndin müxtəlif ərazilərində küçə qaz xəttinin çəkilişini xahiş ediblər. Qalan digər abonent isə qaz sayğacının yerinin dəyişdirilməsini istəyib.
Bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb və aidiyyəti üzrə tapşırıqlar verilib.